“İmişli” Fərid Nəbiyevlə anlaşdı – RƏSMİ
“İmişli” heyətinə yeni futbolçu cəlb edib.
Msport az xəbər verir ki, komanda 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə 1 illik müqavilə bağlayıb.
Fərid karyerası ərzində “Slavia Praqa”, “Viktoria Zizkov”, “Kəpəz”, “Turan Tovuz” və “Səbail” klublarının formasını geyinib, O, son olaraq “Kəpəz” uğurları üçün çalışıb.







