“İmişli” legioneri ilə yolları ayırdı
“İmişli” braziliyalı futbolçu Ronaldo Souza ilə yolları ayırıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalanmayıb.
Qeyd edək ki, “İmişli” ötən yay Ronaldo Souza ilə 1 illik müqavilə bağlamışdı.







