"İmişli" "Şimal"ın legionerini transfer etdi - RƏSMİ
“İmişli” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, komanda Kot-d’İvuardan olan yarımmüdafiəçi Yvan Senin ilə anlaşıb. 19 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Yvan karyerası ərzində “Abidjan City”, Portuqaliyanın “Sportinq” U-19 komandası və son olaraq Azərbaycanın “Şimal” FK klubunun formasını geyinib.







