featured-image-5773

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex Poznan”la qarşılaşacaq. Polşa mətbuatında Ağdam klubu ilə bağlı bir çox xəbərlər dərc olunub.

Msport.az “sport.onet” saytında gedən “Utanc qorxuya çevrildi. Məşhur məşqçi “Visla Krakov”a güldü” yazısını təqdim edir:

“Bəzən utanmaq əsl qorxuya çevrilə bilir. Bu rəqiblə ilk oyunun ən yaxşı halda xoş gəzinti olması gözlənilirdi. Amma bu, xoş olmayan sürprizlə başa çatdı. Daha sonra rollar dəyişdiyi üçün sürpriz olmadı. Polşa klubları “Qarabağ”la qarşılaşmağı sevmirlər.

“Lex Poznan” Çempionlar Liqasının I təsnifat mərhələsində potensial rəqibləri ilə tanış olanda azarkeşlər ümid edirdilər ki, “Qarabağ”la qarşılaşmayacaqlar. Bunu klub rəsmiləri və ya futbolçular birbaşa deməsələr də, onların Azərbaycana yox, Cəbəllütariqə getməyi üstün tutduqlarını təxmin etmək çətin deyildi. Lakin məşhur filmlərdə olduğu kimi taleyi aldatmaq mümkün olmadı. Polşa klublarının köhnə dostu (ağrılı olsa da) “Lex”in rəqibinə çevirildi. Və hər şeyin bu qədər məsum başladığını düşünmək.

Berti Foqts “Visla Krakov”a gülür

media-WhatsApp Image 2022-06-15 at 10.17.27

2010-cu ildə “Visla Krakov”un bəxtinə “Qarabağ” düşəndə heç kim Azərbaycana getməkdən qorxmurdu. O vaxt Polşa futbolunun əsl brendi olan “ağ ulduz” cütün favoriti sayılırdı. Azarkeşlər bir neçə il öncə “Parma” və “Şalke “ üzərindəki qələbələri xatırlayırdılar. Həmin vaxt heyət bir az zəifləmişdi, lakin adını bir çox azarkeşin ilk dəfə eşitdiyi komandanı keçməyəcək qədər yox. Avro-2012 ilə əlaqədar stadionda təmir işləri getdiyindən “Visla” “Qarabağ”ı aşağı liqada çıxış edən “Hutnik Krakov”un “Suxe Stavı” stadionunda qəbul etməli oldu. Stadion təmir olunsa da, bəzi əyər-əksiklikləri gizlətmək mümkün olmamışdı. Məsələn, Almaniyanı Avro-1996-nın çempionu edən məşhur Berti Foqts jurnalistlərin arasında plastik stulda oturmuşdu. O, Azərbaycan milli komandasının baş məşqçisi kimi Polşaya səfər etmişdi. Meydanda gördükləri onu güldürdü. 69-cu dəqiqədə Henrik Kasparşikin rəqibdən geri qalan komandası Vüqar Nadirovun zərbəsi ilə üzləşdi. “Qarabağ” nümayəndələri qolun sevincini qeyd etmək üçün stadionun “yalançı lojası”nda oturan almanın yanına qaçdılar. Foqtsun “Visla”ya durumuna  qəhqəhə atmasını unutmaq mümkün deyil.

media-WhatsApp Image 2022-06-15 at 10.17.41

Oyun Krakov klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı. “Visla”nı rəqib komandanın futbolçularının avtobusa tərəf gedərkən dayanacağın beton döşəməsinə atdıqları plastik stəkanlar utandırdı. Məğlubiyyəti şanssız bir günlə əlaqələndirmək olardı və revannş oyununda “ağ ulduz”un rəqibə qarşı döyüşməsi gərəkirdi. Ancaq hər şey başqa cür oldu. Düzdür, onlar Bakıda döyüşməyə başladılar ancaq “Qarabağ” azarkeşlərinin dəstəyi ilə istədiyi nəticəni əldə etdi. 2:3 hesablı məğlubiyyət “Visla”nın yarışla vidalaşmasına gətirib çıxardı. “Bax, bax” Qarabağ” şüarı ilk dəfə onda ortaya çıxdı.

Çeslav Mixneviç əllərini çirkləndirdi

Vəziyyət zamanla dəyişməyə başladı. 2013-cü ildə “Piast” “Qarabağ”ın rəqibi oldu və artıq favorit deyildi, qurbana çevrilmiş Zoluşka təsiri bağışlayırdı. Hətta iş elə gətirdi ki, Piast futbolçularının Bakıdakı uğursuzluğuna görə tərifləyənlər də oldu. “Qarabağ” hələ də silahlı münaqişənni davam etdiyi doğma evində yox, Bakıda oynayırdı. Piast klubu haqqında fikirlər pis olmadı, çünki həmin vaxt çempionatda lider idi və səfərdə 1:2 uduzdu. Əslində daha acınaczaqlı hesab gözlənilirdi. Polşa klubu öz meydanında var gücü ilıə mübarizə aparıb ümumi hesabı bərabərləşdirə bildi. Lakin açıq- aydın görünürdü ki, üstünlük rəqibin tərəfindədir. Əlavə vaxtda qol vuran “Qarabağ” hesabı 2-2 etdi və daha bir Polşa klubunu mübarizədən kənarlaşdlrdı.

media-mixne

“Legiya”nın 2020-ci ildə “Qarabağ”la oyuna yaxşı hazırlaşması üçün “ Şlönsk”la çempionat oyununu təxirə salındı. Bu rəqibdən qorxmaq sayılmasa da, ən azı ona hörmtlə yanaşmaq demək idi. Pandemiya səbəbindən həmin vaxt təqvim alt-üst olmuşdu, təsnifat mərhələlərində də matçlar bir oyundan ibarət olurdu. Belə görünürdü ki, aşkar üstünlük  “Qarabağ”ı doğma divarlar arasında qəbul edəcək varşavalılarda olmalı idi. Lakin heç bir səbəb həqiqətdən artıq ola bilməz. “Qarabağ Avropa Liqasının qrupuna vəsiqəni təmin edən oyunda qalib gəldi və “Legiya”nın baş məşqçi portuna yeni keçmiş Mixneviç 0:3 hesablı acı məğlubiyyəti dadmalı oldu. Üçüncü dəfə bam bam bam “Qarbağ” bombaladı.

media-WhatsApp Image 2022-06-15 at 10.18.09

Polşalılardan intiqamını üç dəfə aldı

Azərbaycanlılar özləri də bilmirlər ki, necə oldu, onların liqaları Polşa çempionatından güclü çıxdı. Ötən əsrin son on illiyində onların klubları Polşa komandaları tərəfindən həmişə zərbələr alıblar. Qurban Qurbanov “Neftçi”də çıxış edərkən “Vidzev”ə 0:8 uduzdu. Bu ağır məğlubiyyətə görə o,  “Qarabağ”ın baş məşqçisi olarkən üç dəfə qisas ala bildi. 2008-ci ildən komandanın sükanı arxasında olan Qurbanov “Lex”lə rəqabət apara bilər.

media-WhatsApp Image 2022-06-15 at 10.18.19

Klub futbolu baxımdan kiçik ölkə olan Azərbaycan avrokuboklarda Polşa komandalarının kabusu halına gəldi. Getmək istəmədikləri yeri soruşduqda klub təmsilçiləri həmişə Qazaxıstan və Azərbayacanın adını çəkirlər.  “Qarabağ” Polşa klublarının fatehi halına gəldi. İndi onlara uduzmaq ayıb sayılmır. Utanc yerini qorxuya verdi. “Lex Poznan” favoritə sübut etməli olacaq ki, onları I mərhələdə mübarizədən kənarlaşdırmaq olmaz.

AYXAN MƏMMƏDLİ

 

 

Bənzər xəbərlər