featured-image-65442

Karlo Ançelotti “Real”dan ayrılmasına münasibət bildirib.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis Madrid klubunda keçiridiyi illəri qürur və sevgi ilə xatırlayacağını söyləyib:

“Bu gün biz yenidən ayrılırıq. “Real”dakı kinci dövr ərzində yaşadığım hər anı bir daha ürəyimdə saxlayıram. Bu, unudulmaz illər, duyğular, titullar və hər şeydən əvvəl bu gerbi təmsil etməyin qüruru ilə dolu inanılmaz səyahət idi.

Klubun prezidenti Florentino Peresə, oyunçularıma, işçilərə və hər şeydən əvvəl, məni həmişə onlardan biri kimi hiss etdirən bu unikal azarkeş kütləsinə təşəkkür edirəm.

Birgə əldə etdiklərimiz qələbələr onların yaddaşında əbədi olaraq qalacaq. Bernabeudakı sehrli gecələr indi futbol tarixinin bir hissəsidir. İndi yeni macəra başlayır, amma mənim “Real”la bağım əbədidir”.

Qeyd edək ki, Karlo Ançelotti mövsümün sonunda Braziliya millisinin sükanı arxasına keçəcək.

Bənzər xəbərlər