featured-image-64252

“Mançester Yunayted” və “Çelsi” “River Pleyt”in yarımmüdafiəçisi Franko Mastantuonoya maraq göstərir.

Msport.az xəbər verir ki, argentinalı futbolçunun müqaviləsində 45 milyon avroluq transfer maddəsi yer alıb.

Daha əvvəl “Atletiko” və “Barselona”nın da 17 yaşlı oyunçunu istədikləri bildirilmişdi. İngiltərə nəhəngləri transfer uğrunda mübarizədə daha şanslı sayılırlar.

Qeyd edək ki, Franko Mastantuono bu mövsüm ümumilikdə 11 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi gələn ilin sonuna qədərdir.

Bənzər xəbərlər