İngiltərə – Norveç oyunu təxirə salına bilər
Dünya çempionatının 1/4 final mərhələsinin İngiltərə – Norveç oyunu təxirə salına bilər.
Msport.az xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” nəşri məlumat yayıb.
İyulun 12-də Mayamidə keçirilməsi planlaşdırılan matç əlverişsiz hava şəritinə görə vaxtında başlamaya bilər.
Həftəsonu Mayamidə temperaturun 34 dərəcə olması gözlənilir, həmçinin güclü göy gurultulu yağış proqnozlaşdırılır.
Yüksək rütubət səbəbindən oyunun başlama vaxtında hava 43 dərəcə kimi hiss olunacaq.







