İngiltərədə ilin futbolçusu müəyyənləşdi
“Mançester Yunayted”in kapitanı və yarımmüdafiəçisi Bruno Fernandeş Futbol Jurnalistləri Assosiasiyasının (FWA) “İlin Oyunçusu” seçilib.
Msport.az xəbər verir ki, Fernandeş 900 FWA üzvü tərəfindən keçirilən səsvermədə qalib gəlib.
Portuqaliyalı yarımmüdafiəçi mükafatı 19 mayda Londonda keçiriləcək illik mərasimdə alacaq. İkinci yeri Deklan Rays (“Arsenal”), üçüncü yeri isə Erlinq Holand (“Mançester Siti”) tutub.
Fernandeş bu mövsüm bütün yarışlarda 34 oyunda meydana çıxıb, səkkiz qol vurub və 21 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.







