featured-image-85200

“İnter” qapıçı xəttini gücləndirmək üçün “Atalanta”da çıxış edən Marko Karnesekkini izləyir.

Msport.az xəbər verir ki, Milan təmsilçisinin bu mövqeyə dair qərarı Xosep Martinesin qarşıdakı aylardakı çıxışından asılı olacaq.

Baş məşqçi Kristian Kivu ispaniyalı qapıçıya etimad göstərir. Lakin Martines mövsümün davamında gözləntiləri doğrultmasa, “İnter” alternativ namizədlərə yönələ bilər. Yayda əsas qapıçı seçimini Martinesin xeyrinə edən komanda İvan Provedeli də onun əvəzləyicisi kimi heyətinə qatıb.

“Atalanta” Karnesekkini 40-50 milyon avro dəyərində qiymətləndirir. Bu məbləğ “İnter” üçün transferi çətinləşdirir. Qapıçıya İtaliyadan kənar komandaların da maraq göstərməsi rəqabəti artırır.

İki klub arasındakı yaxşı münasibətlər mümkün danışıqlara kömək edə bilər.

Bənzər xəbərlər