İngiltərədən çətin qələbə
DÇ-2026-da 1/16 final mərhələsinin oyunları davam edir.
Msport.az xəbər verir ki, İngiltərə Atlantada Konqo Demokratik Respublikası ilə qarşılaşıb. Avropalılar əzmkar qələbə qazanıblar – 2:1. İngiltərənin heyətində Harri Keyn dubl edib.
Beləliklə, Meksika 1/8 finalda İngiltərə yığması ilə qarşılaşacaq.
Günün son oyununda isə Belçika Seneqalla qarşılaşacaq. Cütün qalibi 1/8 finalda ABŞ – Bosniya və Herseqovina duelinin üstün tərəfi ilə üz-üzə gələcək.
DÇ-2026
1/16 final
20:00. İngiltərə – Konqo DR – 2:1
Qol: Brayan Sipenqa (0:1), 7, Harri Keyn, 75 (1:1), Harri Keyn, 86, (2:1)
00:00. Belçika – Seneqal







