“İnter”in hədəfindəki israilli
Belçikanın “Yunion” klubunun yarımmüdafiəçisi Anan Xalayli karyerasını “İnter”də davam etdirə bilər.
Msport.az xəbər verir ki, Milan klubu transferlə bağlı həm “Yunion” rəhbərliyi, həm də 21 yaşlı israilli futbolçunun özü ilə razılıq əldə edib.
“İnter”in bu keçid üçün bonuslar nəzərə alınmadan 25 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Anan Xalayli 2024-cü ilin yayından “Yunion”un şərəfini qoruyur. Gənc vinger ötən mövsümdə Belçika çempionatında 38 matçda meydana çıxaraq 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







