featured-image-74077

“İnter” və Niderland millisinin müdafiəçisi Stefan De Vray karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu “Əl-Hilal”a transfer olmağa hazırlaşır.

Ərəblər niderlandlının keçidini bu qış reallaşdırmaq istəyir. Ən pis halda isə De Vrayın transferi mövsümün sonunda baş tutacaq. 2018-ci ildə “Latsio”dan “İnter”ə keçmiş təcrübəli futbolçunun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

O, “Feyenoord”un yetirməsi və sabiq futbolçusudur.

Bənzər xəbərlər