featured-image-79687

“İnter” qapıçısı Yan Zommerlə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

37 yaşlı isveçrəli qolkiperlə başa çatan müqavilə yenilənməyib. Zommer “İnter”də keçirdiyi 3 mövsüm ərzində bütün turnirlərdə 139 oyuna çıxıb, 120 qol buraxıb. O, 66 matçda isə qapısını toxunulmaz saxlayıb.

Təcrübəli qapıçı 2023-cü ilin avqustunda “İnter”ə transfer olunmuşdu. O, Milan təmsilçisi ilə iki A Seriyası çempionluğu, bir İtaliya Kuboku və bir İtaliya Superkuboku qazanıb.

Bənzər xəbərlər