İqor Tudor "Tottenhem"in baş məşqçisi oldu - RƏSMİ
“Tottenhem”in yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
İqor Tudor mövsümün sonuna kimi İngiltərə təmsilçisinə rəhbərlik edəcək.
47 yaşlı mütəxəssis buna qədər “Yuventus”, “Latsio”, “Marsel”, “Verona” kimi klubları çalışdırıb.
“Tottenhem” İngiltərə Premyer Liqasında 16-cı yeri tutur.







