featured-image-11158

“Pley-offa kimi gəlib çatsaq da, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Amma bu, futboldur, irəliyə baxmaq lazımdır”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Filip Ozobiç Çexiyada “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

Millimizin üzvü bildirib ki, çıxış edəcəkləri Avropa Liqasının qrup mərhələsində də güclü rəqiblər var: “Yaxşı oyun göstərmək istəyirik. Konfrans Liqasında olduğu kimi, burada da pley-offa vəsiqə qazanmaq istəyirik”.

Bənzər xəbərlər