İsgəndərli oynadı, komandası qalib gəldi
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi Kosovanın “Malişeva” klubu öz meydanında Şotlandiya təmsilçisi “Hibernian”la qarşılaşıb.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Vüsal 72-ci dəqiqədə – hesab 1:0 olarkən əvəzlənib. “Malişeva”nın qollarını Kreşnik Uka (21) və Valmir Nafiu (90) vurub.
Komandalar arasında cavab matçı iyulun 30-da Şotlandiyada keçiriləcək.







