İsnik Alimi "Qəbələ" ilə vidalaşdı - FOTO
Mövsümün sonunda “Qəbələ” ilə müqaviləsi başa çatan İsnik Alimi “qırmızı-qaralar”la vidalaşıb.
Msport.az xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçi instaqramda etdiyi paylaşımla komandadan ayrıldığını təsdiqləyib:
“Sizə hər şeyin ən yaxşısını arzulayıram və bundan sonra komandanın ən böyük azarkeşlərindən biri olacam. Klub prezidentindən sıravi işçiyə kimi “Qəbələ” ailəsinin hər bir üzvünə təşəkkür etmək istəyirəm. Mənə özümü evimdəki kimi hiss edirdiniz”.
Qeyd edək ki, dünən 29 yaşlı futbolçunun “Qəbələ”dən ayrıldığını xəbər vermişdik.








