featured-image-6964

İsrailin “Hapoel” (Beer-Şeva) klubu “Qarabağ”ın futbolçusu Kadi Borqesi transfer etməkdə israrlıdır.

Msport.az İsrail mətbuatına istinadən xəbər verir ki, 400 min avroluq növbəti təklif də Azərbaycan tərəfindən geri çevrilib. Ancaq “Hapoel” braziliyalı futbolçunu transfer etməkdə israrlı görünür.

İsrail mətbuatı yazdığına görə,  klub transfer cəhdlərini davam etdirəcək. Beer-Şeva təmsilçisi məbləği bir qədər də artırmağı düşünür. Onlar Kadinin müqaviləsinin növbəti mövsümün sonuna qədər olmasından yararlanmaq istətir. “Hapoel” rəhbərliyi düşünür ki, “Qarabağ” futbolçunu 1 il sonra pulsuz buraxmaqdansa, indi müəyyən məbləğə satmağa razılaşacaq. “Hapoel” yenidən Azərbaycan klubuna müraciət etmək barədə düşünür. İmtina cavabı olacağı halda, İsrail klubu alternativ variantlar axtaracaq”.

Bənzər xəbərlər