featured-image-78140

Azərbaycan Premyer Liqasının 32-ci turunda “Neftçi” səfərdə “Sabah”ı 2:1 hesabı ilə məğlub ediərək avrokuboklara vəsiqəni rəsmiləşdirib.

Msport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub matçdan sonra media nümayəndələrinin suallarını cavablandırıb:

“Düşünürəm ki, çox gözəl axşamdır. Maksimum tapşırığa biz çatdıq”.

– Komandaya gələrkən “Neftçi” avrokuboklar zonasından uzaq idi. Bu işi üzərinizə götürərkən əmin idiniz ki,  öhdəsindən gələcəksiniz?

– Mən Bakıya gələndə qarşıma məqsəd qoyulmuşdu ki, “Neftçi” avrokuboklarda çıxış edə bilsin. Bilirdim ki, 4-cü pillədən çox uzaqda idik. Amma bunu reallaşdırmaq mümkün idi. Gəldikdən 2 oyun sonra yaxşı oldu ki, fasiləyə getdik və həmin vaxtdan maksimum yararlanaraq futbolçuları yaxından tanımaq şansım oldu. Sizə səmimi olaraq deyirəm ki, bu gün çox xoşbəxt insanam.

– Motivasiya öz yerində,amma baş məşqçi komandada əsas nəyi dəyişdi ki, uğur qazanmağa başlanıldı?

– Birinci ondan başladım ki, hər bir futbolçu ilə fərdi söhbətlər etdim. Sonra biz nizam-intizamı yerinə oturtduq. Anlayırdıq ki, “Neftçi”yik və hər matçı 1 nömrə kimi oynamalıyıq. Ən azından “Qarabağ” və “Sabah” kimi görünməli idik. Oyunçulara inandım və onlar da mənə inandılar. Klubun işçilərinə də təşəkkür edirəm. Əllərindən gələni etdilər. Xüsusi olaraq da, rəhbərliyə təşəkkür edirəm. Hər zaman yanımızda oldular. Bu cür nəticələrin əldə edilməsində birlik önəmlidir. Bu bizim qələbəmizin təminatçısıdır.

– Bu heyətlə avrokuboklarda uğur qazanmaq olar?

– Bəzi futbolçuların müqavilələri bitir, bəzilərində isə davam edir. Bunu mövsüm bitdikdən sonra ətraflı düşünəcəyik. Təbii ki, komandaya yeni qan da lazımdır. İstəmərəm ki, avrokuboklarda 1 tur oynayıb, məğlub olaraq geri dönək. Görəcəyimiz həddindən artıq çox işlərimiz var. Qarşıya qoyulan məqsədlərə çatmaqdan ötəri çox çalışmalıyıq.

Bənzər xəbərlər