featured-image-25262

AÇ-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycanla qarşılaşacaq İsveç yığmasının heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, baş məşqçi Yanne Andersson qrupun ilk iki oyunu üçün 26 futbolçuya dəvət göndərib.

“Milan”ın ulduz futbolçusu Zlatan İbrahimoviç də bir illik fasilədən sonra yığmaya çağırılıb.

Qapıçılar: Kristoffer Nordfeldt (AİK), Robin Olsen, (“Aston Villa”, İngiltərə), Viktor Yohansson (“Roterem Yunayted”);

Müdafiəçilər: Emil Holm (“Spetsiya”, İtaliya), Ludviq Auqustinsson (“Malyorka”, İspaniya), Hyalmar Ekdal (“Bernli”, İngiltərə), Viktor Nilsson Lindelöf (“Mançester Yunayted”, İngiltərə), İsak Heyn (“Verona”, İtaliya), Joel Andersson (“Midtyulland”, Danimarka), Qabriel Qudmundsson (“Lill”, Fransa), Edvin Kurtuluş (“Hammarbü”), Karl Starferlt (“Seltik”, Şotlandiya);

Yarımmüdafiəçilər: Yesper Karlsson (“Alkmaar”, Niderland), Emil Forsberq (“Leypsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtyulland”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Spetsiya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa);

Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Kayson (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Antoni Elanqa (“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş (“Koventri Siti”, İngiltərə).

Xatırladaq ki, İsveç martın 24-də Belçikanı, 27-də isə Azərbaycanı qəbul edəcək. Hər iki görüş Solnada keçiriləcək.

Bənzər xəbərlər