İsveçrəli futbolçu tarixi rekorda imza atdı
İsveçrə yığmasının yarımmüdafiəçisi Yoan Manzambi Əlcəzairə qarşı keçirilən DÇ-2026-nın 1/16 final oyununda (2:0) məhsuldar ötürmə edərək turnirin tarixinə düşüb.
Msport.az xəbər verir ki, 20 yaşlı futbolçu tarixdə bir dünya çempionatında 5 məhsuldar hərəkətlə yadda qalan ən gənc oyunçu olub.
Onun hesabında artıq 3 qol və 2 məhsuldar ötürmə var.
Qeyd edək ki, DÇ-2026-nın 1/8 finalına vəsiqə qazanan İsveçrə yığması bu mərhələdə Kolumbiya – Qana matçının qalibi ilə qarşılaşacaq.







