İtaliya nəhəngi 3 müdafiəçisi ilə yollarını ayırdı
“İnter”in 3 müdafiəçisi – Stefan de Vrey, Françesko Açerbi və Matteo Darmian komandadan ayrılıb.
Msport.az A Seriyası təmsilçisinə istinadən xəbər verir ki, futbolçuların müqaviləsinin müddəti başa çatıb.
34 yaşlı Vrey 2018-ci ildən, 36 yaşlı Darmian isə 2021-ci ildən komandanın heyətində çıxış edib.
38 yaşlı Açerbi isə 2023-cü ildən Milan klubunun formasını geyinib.







