featured-image-34629

Bakıda “Neftçi” və “Jelezniçar” arasında keçirilmiş UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra maraqlı hadisə baş verib.

Msport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Nermin Başiç səhhətini bəhanə edərək oyunsonrası mətbuat konfransına qatılmayıb.

Mütəxəssis əvəzində oyunçularından birini jurnalistlərin qarşısına göndərib. Lakin media nümayəndələri Başiçin hörmətsizliyinə elə eyni qaydada qarşılıq verərək konfrans zalını tərk ediblər.

Qeyd edək ki, “Neftçi” cavab oyununda “Jelezniçar”a 2:0 hesabı ilə qalib gəlib. İlk matçda 2:2 hesablı heç-heçə edən “ağ-qaralar” iki görüşün nəticəsinə əsasən III raunda adlayıblar.

Bənzər xəbərlər