featured-image-80057

Kabo Verde millisinin qapıçısı Vozinya ABŞ-nin “İnter Mayami” klubunda argentinalı ulduz futbolçu Lionel Messi ilə komanda yoldaşı ola bilər.

Msport.az xəbər verir ki, MLS təmsilçisi 40 yaşlı qolkiperi heyətinə qatmaq niyyətindədir.

O, Portuqaliyanın “Çaves” komandasından ayrıldıqdan sonra azad agentdir. ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatı vaxtı Vozinyanın sosial şəbəkədə izləyicilərinin sayı 27 milyonu keçib.

Qeyd edək ki, Kabo Verde DÇ-2026-nın 1/16 final mərhələsində Argentinaya uduzub.

Bənzər xəbərlər