featured-image-7943

“Lex”lə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda (5:1) dubl edən Kadi Borges yenə də diqqət mərkəzindədir.

Msport.az xəbər verir ki, “tvitter”də üzdə olmayan liqaları işıqlandıran Türkiyənin “Morbeyaz Scout” səhifəsi Super Liqa klublarının braziliyalı futbolçuya maraq göstərməli olduğunu yazıb:

“Azərbaycan təmsilçisi “Qarabağ”ın 200 min avroya Portuqaliya ikinci liqasından transfer etdiyi futbolçu bu il yerli liqada 24 oyunda 12 qol və 13 asistlə yadda qaldı. O, kubokda 4 görüşdə 3 dəfə fərqləndi və 2 məhsuldar ötürmə verdi. Avropada isə 14 matçda 5 qol və 2 asistlə oynayır. Ayaqlarına hakim, 10 nömrə və cinahlarda çıxış edə bilən futbolçu. Ötən il “Neftçi”yə əldən verilən çempionluqdan sonra sanki klubun çöhrəsini dəyişdirdi. Anadolu klublarımıza tam uyğun gələn bir profil.

Bu axşam “Lex”ə qarşı yaxşı oyun nümayiş etdirib 2 qol vurdu və komandasının Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməsində önəmli rol oynadı. Super Liqa klublarımız yatmasınlar”.

Bənzər xəbərlər