Kakulis “Qəbələ” üzərində qələbəni şərh etdi
“Mərhələni adlamaq istəyirdik. Lap əvvəlindən bunu göstərdik”.
Msport.az xəbər verir ki, bunu “Omoniya”nın futbolçusu Andronikos Kakulis Kiprdə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
O, Qol vura bilməsə də, komandasına kömək etdiyini bildirib: “Meydanda əlimdən gələni etdim ki, sonda uğur qazanaq”.
Qeyd edək ki, evdəki oyunda da rəqibinə uduzan (2:3) “Qəbələ” iki matçın nəticəsinə əsasən mübarizəni dayandırıb.







