Kamal Umudlu Konfrans Liqası matçını idarə edəcək
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Msport.az xəbər verir ki, Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
İyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.







