Kamilo Duran Kolumbiya millisində!
“Qarabağ”ın hücumçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.
Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.
İndiyədək milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb. Onun komandası martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-nin Orlando şəhərində baş tutacaq.
Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin avqustunda “Qarabağ”a keçib.







