Kamilo Duranın transfer detalları açıqlandı
“Seltik” Kamilo Duranın transferini açıqlamağa hazırlaşır.
Msport.az xəbər verir ki, Şotlandiya klubu həm futbolçunun özü, həm də klubu “Qarabağ”la hərtərəfli müqaviləni razılaşdırıb.
Britaniya mətbuatı hətta transfer məbləğini də açıqlayıb. İlk təklifi 1,7 milyon funt-sterlinq olan “Seltik” bir neçə dəfə “yox” cavabını alıb və sonda “Qarabağ”ın 6 milyon funt-sterlinqlik (7 milyon avro) tələbini qarşılamağa razılıq verib. Forvard özü yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.
Bu da o deməkdir ki, 24 yaşlı kolumbiyalı Azərbaycan klublarının satdığı ən bahalı transfer kimi tarixə düşüb.
Qeyd edək ki, “Qarabağ” Kamilo Duranı ötən ilin yayında Portuqaliyanın “Portimonense” klubundan 200 min avroya alıb.







