featured-image-7149

“Keşlə”nin (indiki “Şamaxı”) sabiq futbolçusu Miyusko Boyoviç  “Qəbələ” haqqında danışıb. Msport.az “Fehervar”ın rəsmi saytına istinadən xəbər verir ki, Monteneqronun U-21 yığmasının üzvü olmuş müdafiəçi Macarıstanın “Uypeşt” və “Dirmot” klublarında da forma geyinib.

33 yaşlı oyunçunun danışmasında tərcüməçiliyi “Fehervar”ın sabiq qapıçıçısı Filip Payoviç öz üzərinə götürüb. Boyoviç əvvəlcə Macarıstan çempionatında “Fehervar”la oyunlarını xatırlayıb:

“Fehervar” həmişə güclü rəqib olub. Mən Macarıstanda oynayan dönəmdə bir dəfə çempion oldular. Onlar həmişə keyfiyyətli komanda kimi fərqləniblər. Xüsusən də “Uypeşt”lə yeni stadionun açılışındakı görüşü xatırlayıram.  Həmin vaxt arena tam dolmuşdu.

“Uypeşt”dəki karyeram pis keçmədi və “Keşlə” nümayəndələri “Neftçi” ilə avrokubokdakı oyunumu görüb bəyənmişdilər. Ondan sonra mənə müqavilə təklif etdilər və növbəti 2,5 ilimi Azərbaycanda keçirdim”.

Təcrübəli müdafiəçi 2018-ci ildə Macarıstanda, iki il sonra isə Azərbaycanda ölkə kubokunu qazanıb. O, həmin dönəmi belə xatırlayır:

“Macarıstanda peşəkar futbol klubları Azərbaycandan xeyli çoxdur. Ancaq futbol orda da populyar idman növü sayılır. Macarıstan çempionatında klublarda bir neçə legioner meydana çıxır, Azərbaycanda isə eyni anda 6 əcnəbi futbolçu oynaya bilərdi. Macarıstanda infrastruktur daha yaxşıdır.

Oyun tərzində elə də ciddi fərqlər görmürəm. Azərbaycanda uşaqdan- böyüyə, hamı futboldan, milli komandadan danışmağı sevir. Lakin yerli klubların oyunlarına gələn azarkeş sayı azdır – orta hesabla hardasa, 1500-2000. Yeri gəlmişkən, karate və cüdo Azərbaycanda ən populyar idman növlərindən biri olaraq qalır. Ailəmlə birgə orada yaşamaq çox xoşumuza gəlirdi. Mən çox gözəl şəhər olan paytaxt Bakıda oynayırdım. Çox yaxşı xatirələrim var. Azərbaycanlılar əcnəbilərə qarşı yaxşı münasibət göstərirlər və bizə orada xoş idi.

Kubokun finallarında vurduğum iki qol – karyeramın ən unudulmaz anlarıdır. Maraqlıdır ki, hər iki final eyni gündə, amma təbii ki, ayrı-ayrı illərdə olmuşdu. Mən buna gərgin əmək və zəhmətimə görə Allah tərəfindən verilmiş hədiyyə kimi baxıram. Bu iki ölkədə kubok qazandığıma görə həmişə tanrıma minnətdar olacam”.

2,5 il Azərbaycanda yaşamış Boyoviç “Fehervar”ın rəsmi saytına gələcək rəqibləri “Qəbələ” haqqında da məlumat verib:

“Qəbələ” yüksək liqada çıxış edən Bakıda oynamayan yeganə komandadır. Klubun beynəlxalq arenada yetərincə təcrübəsi var. Əvvəllər komanda Avropa Liqasının qruplarında oynayıb. Amma indiki heyət və futbolçular fərqlidir. Onlar o vaxt klubda olmayıblar. Onların zəif vaxtları da var idi, amma ötən mövsümü çox yaxşı keçirdilər. Demək olar, bütün mövsüm boyu sabit çıxış edə bildilər. “Qəbələ”də keyfiyyətli futbolçular var. Onların braziliyalı mərkəz müdafiəçisi (Ruan Renato), albaniyalı yarımmüdafiəçiləri (İsnik Alimi) və iki braziliyalı hücumçuları (Rafael Utziq və yəqin ki, digəri Felipe Santosu nəzərdə tuttur) daha çox fərqlənirlər”.

Bənzər xəbərlər