"Karvan Yevlax"da yeni baş məşqçi - RƏSMİ
“Karvan Yevlax”ın yeni baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, ötən mövsümün yekunlarına əsasən Premyer Liqanı tərk edən komandanı Ramiz Məmmədov çalışdıracaq.
57 yaşlı mütəxəssis son olaraq “Mingəçevir” klubuna rəhbərlik edirdi.
“Mingəçevir” onun rəhbərliyi altında I Liqada 2-ci yeri tutsa da, pley-off matçında “Qəbələ”yə uduzaraq (0:2) elitaya yüksələ bilməmişdi.
Mövsüm başa çatdıqdan sonra Füzuli Məmmədov “Karvan”ın baş məşqçi postundan ayrılmışdı.







