"Karvan Yevlax"dan ilk transfer
Yeni mövsümdə I Liqada mübarizə aparacaq “Karvan” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, Yevlax təmsilçisi Ruslan Varonsovla anlaşıb.
30 yaşlı hücumçusu son mövsümü “Səbail”də keçirib. O, buna qədər “Şahdağ Qusar”, “Qəbələ”, “Cəbrayıl”, “Karvan”, “Mingəçevir”, MOİK klublarında da çıxış edib.







