featured-image-75028

“Bayern”in hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 22-ci turunda “Verder”lə oyunda (3:0) dubl edib.

Msport.az xəbər verir ki, bu, ingiltərəli forvardın klubda və millidə ümumilikdə vurduğu 500-cü qol olub.

O, qollarından 100-nü penalti ilə vurub.

Keyn 280 dəfə 2011-2023-cü illərdə çıxış etdiyi “Tottenhem”in heyətində fərqlənib.

32 yaşlı futbolçu bu mövsüm 35 oyunda 41 dəfə rəqib qapılarına yol tapıb.

Bənzər xəbərlər