Kasemiro yerinə həmyerlisini məsləhət gördü
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemiro əvəzedicisi ilə bağlı müzakirələr aparmaq üçün klub rəhbərliyi ilə görüşüb.
Msport.az xəbər verir ki, 34 yaşlı futbolçu “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeşi tövsiyə edib.
Kasemiro 28 yaşlı həmyerlisinin Mançesterdə əhəmiyyətli fiqur olmaq üçün bütün keyfiyyətlərə malik olduğuna inanır. Klubla yeni müqavilə bağlanmadığı üçün Kasemiro bu yay “Mançester Yunayted”dən azad agent kimi ayrılacaq.
Gimaraeşin “Nyukasl”la 2028-ci ilə qədər müqaviləsi var. O, bu mövsüm “Nyukasl”da 35 oyunda iştirak edib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib.







