featured-image-62164

Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt” və “Sabah” arasında keçirilmiş cavab oyunundan (0:4) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Kubok oyunları asan keçmir. İlk matçda heç-heçə etmişdik. Demək olar ki, bu görüşdə əvvəlki matçlarda vura bilmədiyimiz qolları vurduq. Uşaqları təbrik edirəm.

– Növbəti rəqib böyük ehtimalla “Neftçi” olacaq. Şansları necə dəyərləndirirsiniz?
– Hər komandanın eyni şansı var. Öncədən nəsə danışmayaq. Bütün komandalara qarşı eyni hazırlaşırıq.

– Bu gün 4 qol vurdunuz. Komandada qısa müddətdə nəyi dəyişdiniz?
– Deyə bilərəm ki, hava şəraitinə görə qapıya zərbə üzərində çox işləmədik. Kəmiyyət nə zamansa keyfiyyətə çevriləcək.

– Bu nəticə yeni başlanğıc olacaq?
– Mental cəhətdən irəlidəki oyunlara köməyi olacaq. Əvvəl də çoxsaylı epizod yaradırdıq, amma vura bilmirdik.

Bənzər xəbərlər