“Kəpəz" azarkeşini bıçaqlayan şəxs saxlanıldı
Azərbaycan Premyer Liqasının XX turunda “Səbail”lə oyundan sonra bıçaqlanan Rahib adlı “Kəpəz” azarkeşi 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.
Gəncə klubundan Msport.az-a verilən məlumata görə, hazırda onun həyatı üçün təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən “Səbail” fanatı isə artıq saxlanılıb.
Xəstəxanada “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş zərərçəkmişi tək buraxmayıblar.







