"Kəpəz" əsas oyunçularından birini saxlaya bildi
“Kəpəz” daha bir futbolçusunu heyətdə saxlaya bilib. Msport.az xəbər verir ki, Mate Kvirkviya Gəncə klubu ilə 1 illik müqaviləyə imza atıb.
27 yaşlı hücumçunun mövsümün sonunda “Kəpəz”i tərk edəcəyi gözlənilirdi. Lakin klub rəsmiləri gürcüstanlı oyunçu ilə ortaq məxrəcə gələ biliblər.
Qeyd edək ki, Kvirkviya ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyunda meydana çıxıb və 2 qol vurub.
AYXAN







