featured-image-31890

“Kəpəz” yay fasiləsində ilk transferini reallaşdırıb.

Msport.az xəbər verir ki, Gəncə klubu “Sumqayıt”ın sabiq oyunçusu Vurğun Hüseynovla anlaşıb.

35 yaşlı mərkəz müdafiəçisi birillik müqaviləyə imza atıb. Hüseynov ötən mövsüm Premyer Liqada meydana çıxdığı 25 oyunda 1 qola vurub.

Qeyd edək ki, Vurğun Hüseynov bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlamışdı. O, 2013-2023-cü illərdə “Sumqayıt”ın formasını geyinib.

Bənzər xəbərlər