featured-image-75532

Kəpəz”dən ayrılan Pedro Qomeş karyerasını İspaniyada davam etdirəcək.

Msport.az xəbər verir ki, mövsümün əvvəlində “Boavişta”dan “Kəpəz”ə keçmiş portuqaliyalı müdafiəçi Azər Bağırovun planlarına daxil olmadığı üçün komandadan göndərilmişdi.

Ölkəmizi tərk edən 22 yaşlı futbolçu İspaniya yüksək liqasında çıxış edən “Valensiya” ilə müqavilə imzalayıb.

O, öncə “Valensiya”nın B komandasında çıxış edəcək. Futbolçunun İspaniya klubu ilə müqaviləsi 2 illikdir.

Bənzər xəbərlər