featured-image-7064

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Kəpəz” heyətini gücləndirməyə davam edir.

Msport.az xəbər verir ki, Gəncə klubu gürcüstanlı dayaq yarımmüdafiəçisi Georgi Kantariya ilə anlaşıb. 25 yaşlı futbolçunun transferi yaxın vaxtlarda rəsmən açıqlanacaq.

Zuqdidi şəhərində futbola başlayan Kantariya 14 yaşında Tbilisi “Dinamo”sunun akademiyasına cəlb olunub. O, 18 yaşında Gürcüstan çempionatının yüksək liqasında “Zuqdidi” klubunda debüt edib.

Doğma vətənində bir mövsüm keçirən yarımmüdafiəçi Belarusdan gələn təklifi müsbət dəyərləndirir və 2017-ci ildə “Neman”a transfer olunub. Kantariya Belarus çempionatında 5 il çıxış etdikdən (109 oyun, 2 qol) sonra bölgədə vəziyyətin pisləşməsi səbəbindən Gürcüstana qayıdır və “Telavi” ilə müqavilə bağlayır.

“Kəpəz”in yeni transferi Gürcüstanın U-21 yığmasında 6 oyun keçirib. O, 2018-ci ildə Rəşad Sadıqovun U-21-ə rəhbərlik etdiyi dövrdə Antalyada keçirilən Azərbaycan – Gürcüstan matçında da (1:1) forma geyinib.

Bənzər xəbərlər