Kəpəz” – “Neftçi” oyununu 3 manata
Avqustun 6-da Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyununun biletləri satışa çıxarılıb.
Msport.az xəbər verir ki, biletlərin qiyməti 3 və 10 manatdır. 3 manatlıq biletlər stadionun üstüaçıq tribunaları, çox məhdud sayda olan 10 manatlıq biletlər isə VİP tribuna üçün nəzərdə tutulub.
Qiyməti 3 manat olan sarı zolaqlı biletlər B (stadiona daxil olarkən sol tərəfdəki tribunalar), göy zolaqlı biletlər isə A sektoru (sağ tərəfdəki tribunalar) üçün keçərlidir.
Biletləri “Offside” futbol meydançasından (Elbrus Allahvediyev küçəsi), “Offside Club” (Ruzigar Qasımov küç.) və “Caspi Parfum” dükanından (Heydər Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsi) əldə etmək olar. Bilet satışı oyun günü Gəncə şəhər stadionunun kassasında da olacaq.







