featured-image-80560

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Kəpəz” heyətini yeni legionerlə gücləndirməyə yaxındır.

Msport.az xəbər verir ki, Gəncə təmsilçisi nigeriyalı vinger Benito ilə danışıqları yekunlaşdırmaq üzrədir.

27 yaşlı futbolçu son olaraq Kiprin “Akritas” klubunun formasını geyinib. Hazırda azad agent statusunda olan oyunçunun yaxın günlərdə “Kəpəz”lə müqavilə imzalayacağı gözlənilir.

Benito karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun da şərəfini qoruyub. O, həmçinin Nigeriyanın U-23 milli komandasının formasını geyinib.

Bənzər xəbərlər