"Kəpəz" növbəti rəqibini açıqladı
Növbəti mövsümə hazırlığı davam etdirən “Kəpəz” növbəti yoxlama oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin rəqibi “Səbail-2” olacaq. Matç iyulun 25-də baş tutacaq. “Dalğa Arena”nın ehtiyat meydançasında keçiriləcək görüş saat 18:00-da başlayacaq.







