featured-image-15891

Azərbaycan Premyer Liqasında XII turun oyunları keçirilir. Msport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Kəpəz” doğma meydanda “Səbail”lə qarşılaşıb. Gəncə təmsilçisi bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıb.

Günün digər matçında isə “Zirə” ilə “Neftçi” üz-üzə gəlib. Bu oyunda da qonaqlar darmadağına sevinən tərəf olub.

Xatırladaq ki, ilk oyun günündə “Turan Tovuz” “Sumqayıt”ı 1:0 hesabıyla məğlub edib. Tura sabah keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XII tur

29 oktyabr

“Kəpəz” – “Səbail” 3:0
Qol: A.Şuaybu, 36; 66. F.Nəbiyev, 84.
Qırmızı vərəqə: N.Qurbanlı, 41.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Gəncə şəhər stadionu, 15:00.

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 32. Elvin Yunuszadə, 80. Tural Rzayev, 37. Ruslan Süleymanov, 44. Nihat Fərəci, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.
Səbail: 1. Emil Balayev (k), 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 72. Emin Zamanov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo.
Baş məşqçi: Mahmud Qurbanov.

“Zirə” – “Neftçi” 0:3
Qol: Y.Boqomolski, 6. Q.Donyo, 75. E.Mahmudov, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

Zirə: 41. Anar Nəzirov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç, 7. Filipe Paxtman.
Ehtiyat oyunçular: 1. Mehti Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 7. Azər Əliyev, 26. Ömər Buludov, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 1. İvan Brkiç, 19. Azər Salahlı, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov, 18. Vato Arveladze, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

Bənzər xəbərlər