featured-image-80714

Yeni mövsümə hazırlıqlarını Qəbələdə davam etdirən “Sumqayıt” bu gün yoxlama oyunu keçirəcək.

Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi “Kəpəz”lə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da start götürəcək.

Bu, “Sumqayıt”ın mövsümöncəsi 2-ci sınaq matçı olacaq. “Sumqayıt” ilk yoxlama oyununda “Qəbələ” ilə heç-heçə edib – 1:1.

Gəncə klubu isə artıq 3-cü oyuna çıxacaq. “Şamaxı” ilə qolsuz heç-heçə edən “Kəpəz” “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.

Bənzər xəbərlər