featured-image-42357

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Msport.az-ın məlumatına görə, günün ikinci matçında “Kəpəz” “Turan Tovuz”la üz-üzə gəlib.

Qarşılaşma Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Səbail” və “Zirə” arasında keçirilmiş günün ilk görüşü qolsuz bərabərliklə başa çatıb. Ötən gün “Sabah” – “Neftçi” matçında qolsuz heç-heçə qeydə alınıb. Turun “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları yanvarın 23-də keçiriləcək.

Bənzər xəbərlər