featured-image-10188

“Kəpəz” “Zirə”nin sabiq futbolçusu Ahmed Ayzaya ilə müqavilə bağlayıb. Msport.az xəbər verir ki, nigeriyalı legioner bu gün artıq Bakıda olacaq.

O, Gəncə klubu ilə 1 illik anlaşmaya imza atıb. Ayzaya ötən mövsüm “Zirə”də 8 oyunda meydana çıxıb və 1 qol vurub.

26 yaşlı yarımmüdafiəçi daha əvvəl Portuqaliyanın “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Kovilya” klublarında çıxış edib.

Bənzər xəbərlər