Kerrikin istədiyi portuqaliyalı
“Mançester Yunayted”ə baş məşqçi təyin olunan Maykl Kerrikin heyətə cəlb etmək istədiyi futbolçunun adı açıqlanıb.
Msport.az xəbər verir ki, bu, Portuqaliya millisinin və “Əl-Hilal”ın (Səudiyyə Ərəbistanı) yarımmüdafiəçisi Ruben Neveşdir.
Neveşin transferinin Mançester təmsilçisinə 23 milyon avroya başa gələcəyi vurğulanıb.
Qeyd edək ki, Kerrik portuqaliyalı mütəxəssis Ruben Amorimi əvəzləyib.







