featured-image-12720

AFFA Hakimlər Komitəsinin sədri Barış  Şimşek Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qarabağ” – “Sabah” oyununu (4:3) idarə edən İnqilab Məmmədov və briqadasının işinə qiymət verib.

Msport.az xəbər verir ki, türkiyəli mütəxəssis CBC Sport-da “Bizim Futbol” verilişinin qonağı olub:

“Hakimlər 90+1-ci dəqiqəyə qədər çox gözəl oyun idarə etdilər. Matçın bu qədər maraqlı, baxımlı keçməsində hakimlər heyətinin böyük əməyi var idi. Çox uğurlu oyun idarə etdilər, təbii ki, səhvləri ilə bərabər”.

Barış Şimşek “Qarbağ” – “Sabah” oyunundan sonra hakimlərin sosial şəbəkələrdə, mətbuatda tənqid olunmasına da münasibət bildirib:

“Hakimlər yaxşı da oyun idarə etsələr, pis də tənqid olunurlar. Ona görə də bu mənim üçün fərqli bir durum deyil. Mən hakimlərin ən çox tənqid olunduğu ölkədən gəlmişəm. Biz hakim idarəçiləri olaraq matça azarkeşlərdən, mediadan fərqli gözlə baxırıq. Oyunda hakim səhvi yoxdur deyə bilmərik. Əlbəttə ki, səhv var. Ancaq ümumi performansa baxsaq, UEFA kriteriyaları nöqteyi-nəzərdən də kifayət qədər uğurlu oyun idarə etdilər. Aut zamanı səhv etdilərmi? Etdilər. Əlbəttə, istərdim ki, bu, olmasın. Bu qədər gözəl 90 dəqiqədən sonra bu səhv məni də çox məyus etdi. Amma hakimlik həyatında bunlar var, səhvlər olur”.

Bənzər xəbərlər