featured-image-75158

“Mançester Yunayted” alman mütəxəssis Yurgen Kloppla danışıqlar aparılması barədə yayılan məlumatları təkzib edib.

Msport.az xəbər verir ki, daha əvvəl Kloppun agenti bildirmişdi ki, “qırmızı şeytanlar” 58 yaşlı mütəxəssisin xidmətində maraqlı olublar.

Klopp karyerası ərzində “Liverpul” və “Borussiya” (Dortmund) kimi komandaları çalışdırıb. “Qırmızı şeytanlar” ona maraq göstərmir.

“Mançester Yunayted”in baş məşqçi postunu hazırda ingiltərəli mütəxəssis Maykl Karrik tutur. Komanda Premyer Liqada 26 turdan sonra 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və növbəti oyununu səfərdə “Everton”a qarşı keçirəcək.

Bənzər xəbərlər